Koronavirus təhlükəsi ilə əlaqədar Abşeron rayonunda orta məktəblərin, bağçaların, idarə və müəsissələrin inzibati binalarının dezinfeksiyasına başlanılıb.
Unikal.org xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətində koronavirusa qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün rayon rəhbərliyinin sərəncamına əsasən komissiya yaradılıb. Sərəncama əsasən 03.03.2020-ci il tarixindən 09.03.2020-ci il tarixinədək rayon rəhbərliyinin göstərişi ilə bütün təhsil müəsissələrində sanitariya-gigiyena, əksepidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirləri Abşeron rayon Gegeyena və Epidemologiya Mərkəzi tərəfindən tərtib olunmuş qrafik əsasında aparılır. Hazırda Gegeyena və Epidemologiya Mərkəzi tərəfindən rayonun 31 körpələr evi uşaq bağçası, 41 tam orta məktəbi, 1 internat tipli məktəb, 1 universitet, bir sıra xəstəxanalarda, mədəniyyət ocağlarında, idarə və müəsissələrdə dezinfeksiya işləri görülür. Qeyd edək ki, Abşeron rayonunda artıq 6 ildir ki hər həftənin şənbə və bazar günləri bu işlər mütəmadi olaraq həyata keçirilir.