Polşada koronavirusa ilk yoluxma halı qeydə alınıb.
Unikal.org xəbər verir ki, virus aşkarlanan insanın son günlərdə münasibətdə olduğu daha 70 nəfər isə nəzarətə götürülüb.
Yoluxan şəxsdə virus Almaniyadan qayıtdıqdan sonra aşkarlanıb. Ölkənin Səhiyyə naziri Lukaş Şumovskinin mətbuata açıqlamasında həmin şəxsin risk qrupuna daxil olmadığı, habelə sağalma ehtimalının olduğu bildirilib.
Polşanın Zelena-Qura şəhərində xəstəxanaya yatırılan bu şəxs cavandır və xəstəlikdən sağalma ehtimalı böyükdür.