Paytaxtda müşahidə olunan qatı dumanla əlaqədar Heydər Əliyev prospekti-Hava limanı və Zığ dairəsi-Hava limanı avtomagistrallarında sürət həddi zolaqlar üzrə müvafiq olaraq endirilib.
Bu barədə Unikal.org-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, elektron məlumat tablolarında “duman” işarəsi qoyulub.
Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.