Hazırda Azərbaycanda 3 koronavirus infeksiyasına yoluxmuş xəstə var.Onların vəziyyətində ağırlaşma yoxdur.
Unikal.org xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin yanında operativ qərargahın martın 5-də koronavirusla bağlı keçirdiyi mətbuat konfransında qərargahın üzvü Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva məlumat verib.
Y.Qarayeva bildirib ki, həmin şəxslərin vəziyyəti kliniki olaraq stabildir.
TƏBİB-in Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev əlavə edib ki, koronavirusla bağlı ölkədə ölüm faktı olsa, ictimaiyyət dərhal məlumatlandırılacaq. Hazırda ölkədə cəmi 3 koronavirusa yoluxan şəxs var və onların da vəziyyəti stabildir".
O, vətəndaşlara müraciət edərək qeyd edib ki, ancaq rəsmi məlumatlara istinad edilsin.
Famil Fərhadoğlu
FOTOLAR: Müzəffər İsmayılov