Çinin Uhan şəhərində ortaya çıxan və bütün dünyaya sürətlə yayılmağa başlayan koronavirus (Covid-2019) epidemiyası daha bir ölkəyə sıçrayıb.

Unikal.org xəbər verir ki, bu dəfə Cənubi Afrika Respublikasında ilk koronavirusa yoluxma faktı qeydə alınıb. Virusa yoluxan şəxsin qısa müddət öncə 10 nəfərlə birlikdə İtaliyadan ölkəyə səfər etdiyi məlum olub.

Qeyd edək ki, dünyada artıq 90 mindən çox insan koronavirusa yoluxub, onlardan ən azı 3 mini bu səbəbdən dünyasını dəyişib.