Türkiyənin Daxili İşlər Naziri Yunanıstan vasitəsilə Avropaya qaçan miqrantlardan danışıb.
Unikal.org xəbər verir ki, Daxili İşlər naziri Süleyman Soylu, Türkiyə-Yunanıstan sərhədində havadan müşahidə aparıb.
Bundan sonra KİV-ə açıqlama verən Soylu bu fikirləri səsləndirib: "Yunanıstan insan hüquqlarını pozur. FETO üzvlərini məmnuniyyətlə götürdülər. Keçən il 7 min FETO üzvünü ölkələrinə qəbul ediblər.
İndi onlar miqrantların sığınacaq hüququnu pozur, güllələyir, öldürür və xəsarət verirlər.
164 nəfər yaralanıb, 3 nəfər həyatını itirib.
Yunan mediası yalan danışır. Burdan Beynəlxalq ictimaiyyətə səslənirəm. Biz lazımi tədbirlərimizi görmüşük. Miqrantları geriyə göndərmələrinə qarşı 1000 xüsusi əməliyyat polisi gətirəcəyik".