Çində yeni tip koronavirusa (COVID-2019) yoluxanların sayı 80 min 710, bu virus səbəbindən ölənlər isə 3 min 45 nəfərə çatıb.

Unikal.org Çin Dövlət Səhiyyə Komitəsinə istinadla xəbər verir ki, ötən sutka ərzində 143 yoluxma, 30 ölüm faktı qeydə alınıb.

İndiyədək 53 min 793 nəfər sağalaraq xəstəxananı tərk edib. Sağalan şəxslərdən bəzilərində sonradan yenə virus aşkarlansa da, mütəxəssislər onların virusu yaymaq ehtimalının az olduğunu bildirirlər.

Hazırda Çin üzrə 5 min 737 xəstənin vəziyyəti kirtikdir. Virusa yoluxanlarla yaxın təmasda olmuş təxminən 30 min nəfər tibbi nəzarət altındadır.

Çindən başqa, 81 ölkədə 14 mindən çox yoluxma, 330-dan yuxarı ölüm faktı qeydə alınıb.