1911-ci ildə Makedoniyada anadan olmuş və 16 yaşında ikən ildırım vurması ilə gözlərini itirən Baba Vanqa, dünyanın ən məşhur görücülərindən biridir. Məlumdur ki,ölmədən öncə Baba Vanqa 11 sentyabr hücumları, İŞİD-in qurulması və “Brexit” prosesi kimi bir çox hadisəni proqnozlaşdırmışdı.

Unikal.org xəbər verir ki,  Baba Vanqa vaxtı ilə açıqladığı fikirlərin doğru çıxması insanları qorxuya salır. Onun 2020-ci il haqqında söylədikləri insanları daha da həyəcanlandırıb. 

Belə ki, Baba Vanqa dünyanı bürüyən virusla bağlı proqnozlarını: “2020-ci ilində dünya virusla mübarizə aparacaq, milyonlarla insan bu virusdan öləcək. Bu Asiyanın yox olmasına gətirib çıxaracaq” deyə fikirlərini bölüşüb. 

Qeyd edək ki, Çində ortaya çıxan yeni növ koronavirusun (Kovid-19) hələ də müalicəsi olmadığı və sürətlə yayılması, Baba Vanqanın görücülüyünün  gerçək olduğunun şərhini daha da gücləndirib.