Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) koronavirus (COVİD-19) infeksiya təhlükəsinin qarşısının alınması məqsədilə müvafiq tədbirlər həyata keçirilir.

ATMU-dan Unikal.org-a bildirilib ki, Nazirlər Kabinetinin Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə verdiyi müvafiq qərarə əsasən Universitetdə tibbi profilaktiv, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər intesivləşdirilib. Belə ki, ali təhsil müəssisəsinin auditoriyaları, kitabxanası, dəhlizləri və digər ərazilərində dezinfeksiya işləri aparılıb. 

Dezinfeksiya işləri Bakı Dezinfeksiya Stansiyasının “Nərimanov rayonlarasi Bölməsi MMC” tərəfindən həyata keçirilib.