Serbiyada koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

Unikal.org xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Zlatibor Lonçar açıqlayıb.

“Bizdə koronavirusa ilk yoluxma faktı qeydə alındı. Söhbət 43 yaşlı kişidən gedir. O, özünü yaxşı hiss edir”, - nazir bildirib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 92 ölkə və regionu əhatə edir.