Türkiyədə  Avropaya getmək istəyən qaçqınlara sərhəd qapılarını açmasıdan sonrası Almaniya, Türkiyəyə maliyyə dəstəyin davam etdirilməsi qarşılığında qaçqın axınının dayandırılmasını tələb edib.

Unikal.org Türkiyə KİV-ə istinadən  xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın verdiyi qərarla Türkiyə, qaçqınlara Avropanın qapılarını açıb. Lakin, qərar Avropada böyük narahatlığa səbəb olub. Yunanıstan qapılarına dayanan qaçqınlar, Avropaya irəliləmək üçün böyük bir mübarizə verərkən Avropalı liderlər üst-üstə Türkiyəyə zənglər etməyə başlayıb. 

Belə ki, Yunanıstana Ədirnə üzərindən keçən qaçqınların sayı 142 min 175 olması Avropanı daha narahat edib. Türkiyəyə ediləcək maliyyə dəstəyin davam etdirilməsini istəyən Alman hökuməti, buna qarşılıq qaçqınların Türkiyədə qalmasını istəyir.