Serbiya ordusu müvafiq qərar veriləcəyi təqdirdə dövlət sərhədlərini miqrantlar üçün bağlamağa hazırdır.

Unikal.org-un məlumatına görə, bunu ölkənin müdafiə naziri Aleksandr Vulin deyib.

O bildirib ki, prezident və ali baş komandan Aleksandr Vuçiç sərhədləri möhkəmləndirmək zərurəti yarandığını bildirsə, ordu və Daxil İşlər Nazirliyi sərhədləri bağlayacaq və heç bir miqrantın ölkəyə daxil olmasına imkan verilməyəcək.

Bundan əvvəl Şimali Makedoniya hökuməti də Yunanıstanla sərhəddə miqrant axınına hazır olduğunu bildirmişdi.

Öz növbəsində Macarıstanın Xarici İşlər naziri Peter Siyarto yaxın zamanlarda 100 minədək qaçqının axın edəcəyini gözlədiyini demişdi.