Cənubi Afrikada məşhur model ofisiant qadına təcavüz edib.
Unikal.org xəbər verir ki, Reyn Du Preez adlı kişi model dostları ilə restoranda olduğu vaxt etdiyi hərəkət onun bütün karyerasını məhv edib. Belə ki,o, sifarişi götürməyə gələn Sara Belqarion adlı qadın ofisiantın ayağına toxunaraq ona təcavüz etmək istəyib.
Yaşadıqlarından şoka düşən Sara restorandakı təhlükəsizlik kameraları tərəfindən lentə alınan görüntüləri sosial şəbəkədə paylaşıb. Həmin görüntü sosial şəbəkədə 160 mindən çox izlənilib. İzləyicilər Reyn Du Preezin bu əxlaqsız hərəkərini qınayıblar.