“Azərbaycanfilm”in direktoru Cəmil Quliyev öz ərizəsi ilə işdən kənarlaşıb.
Unikal.org xəbər verir ki, direktor vəzifəsinin icrası Mədəniyyət naziri Əbülfəs Qarayevin əmri ilə “Salnamə” studiyasının direktoru Nazim Hüseynova tapşırılıb.
C. Quliyevin işdən çıxmasına səbəb səhhətində yaranan problemdir.