Ötən gün Rusiyada koronavirusa 6 yoluxma halı qeydə alınıb.
Unikal.org xəbər verir ki, bu barədə Rusiyanın Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq Qərargahı məlumat yayıb.
Bildirilib ki, Nijni Novqorodda bir, Moskvada isə 5 nəfərdə COVİD-19 aşkarlanıb. Virusa yoluxanların hamısı İtaliyadan gəliblər. Hazırda onlar karantində saxlanılırlar.
Qeyd edək ki, bu günə kimi Rusiyada koronavirusa 10 yoluxma halı təsdiqlənib.