Bakıda sərnişin avtobusunda qalmaqal qeydə alınıb.

Unikal.org xəbər verir ki, həmin anları əks etdirən videogörüntülər sosial şəbəkədə paylaşılıb. Yaşlı xanım yapon sərnişinin Çin vətəndaşı olduğunu zənn edərək, avtobusdan düşməsini tələb edib:

“Düş avtobusdan. Xəstəsən. Xəstəlik sizdən yayılır bizə”.

Xanımın bu davranışı digər sərnişinlərin narazılığına səbəb olub.