Autizm sindromlu uşaqlar Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə özünəməxsus tərzdə tərbrik ediblər.

Unikal.org xəbər verir ki, “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Autizm sindromlu uşaqlar üçün Reabilitasiya Mərkəzinin sakinləri Mehriban Əliyeva üçün bayram tortu hazırlayaraq öz təbriklərini video çarx vasitəsilə göndəriblər.

Autizim sindromlu uşaqların Mehriban xanıma 8 Mart bayramı təbrikinin videosunu təqdim edirik:

Xatırladaq ki, Birinci vitse-prezident Mehriban Əliyeva keçən il dekabrın 30-da Autizm sindromlu uşaqlar üçün Reabilitasiya Mərkəzində olaraq uşaqlara baş çəkmiş, onlarla birgə Yeni il bayramını qeyd etmiş, tort bişirmiş, pianoda müxtəlif musiqilər ifa etmişdilər.