Ali təhsilin bakalavriat səviyyəsində sərbəst (eksternat) təhsilalma forması ləğv edilib.
Unikal.org-un məlumatına görə, Nazirlər Kabineti bununla əlaqədar “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nda müvafiq dəyişiklik edib.
Dəyişkilik dəyişiklik əyani təhsildə “fulltime” (əyani formasının tədrisə tam cəlb olunma) və “parttime” (tədrisə qismən cəlb olunma) formalarının tətbiq olunacağı ilə bağlıdır.
Qeyd edək ki, sərbəst (eksternat) təhsil müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq və ya təhsilalana ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək hüququ verən təhsilalma forması olub.