Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən respublikanın bütün rayonlarında “Təbiət könüllüsü, yaz əkininə sən də qoşul” devizi altında yaz ağacəkmə aksiyaları davam etdirilir.
Unikal.org xəbər verir ki, ETSN-nin mətbuat katibi İradə İbrahimova jurnalistlərə açıqlamasında deyib ki, bir həftə ərzində respublika üzrə ümumilikdə 80 hektar ərazidə 94 620 ədəd müxtəlif meyvə və meşə cinsli ağac əkilib.
Eyni zamanda 4 349 hektar seyrək ərazidə isə bərpa işləri aparılaraq 113 mindən çox müxtəlif cinsli ağac və kol bitkiləri salınıb. Ağac əkilən sahələrin böyük hissəsinə damcılı suvarma sistemi çəkilib.