Xəbər verdiyimiz kimi, Şimal Ərazi Baş Gömrük İdarəsinin qaçaqmalçılığa qarşı mübarizə idarəsinin rəis müavini Emil Hüseynov və daha iki vəzifəli şəxs saxlanılıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, saxlanılan E.Hüseynov Xaçmaz rayonunun sabiq icra başçısı Şəmsəddin Xanbabayevin kürəkənidir.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Ş.Xanbabayevin kürəkəninin saxlanıldığını təsdiqləyib:
“Bəli saxlanılan şəxs kürəkənimdir.Biz də indi məlumat almışıq.Emil Hüseynovun niyə saxlanıldığı barədə dəqiq məlumatımız yoxdur”.
Orxan Həsənli