Azərbaycanda bələdiyyə və özəl peşə təhsili müəssisələrində təhsilverənlərin attestasiyadan keçirilməsi təklif edilir.

Unikal.org xəbər verir ki, bunun üçün “Peşə təhsili haqqında” qanuna dəyişiklik olunacaq.

Qanunun 13-cü maddəsinə (Peşə təhsili fəaliyyətinin lisenziyalaşdırılması və peşə təhsili müəssisəsinin akkreditasiyası) təklif edilən dəyişikliyə əsasən, bələdiyyə və özəl peşə təhsili müsəssisəsində təhsilverənlərin attestasiyası keçiriləcək.

Qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsinin martın 16-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.