Azərbaycanda bir ay müddətində alış-veriş mərkəzlərində əyləncə məkanlarının, xüsusilə uşaq əyləncə məkanlarının fəaliyyəti dayandırılmalıdır.
Unikal.org-un məlumatına görə, bu, Nazirlr Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi alış-veriş mərkəzlərinin fəaliyyətini qaydalarda əksini tapıb.
Eyni zamanda alış-veriş mərkəzlərində girişlərdə hərarət ölçmə qurğularının istifadəsilə girişdə (parklanma girişləri daxil olmaqla)bütün daxil olanların hərarətinin yoxlanılması təmin edilməlidir.
Qeyd edək ki, Nazirlr Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb və 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin tətbiqi nəzərdə tutulub. Həmin tədbirlərdə ölkə üzrə fəaliyyət göstərən alış-veriş mərkəzlərinin fəaliyyətinin müvafiq qaydalara riayət olunaraq həyata keçiriləcəyi qeyd edilir.