Küveytdə koronavirusa qarşı tədbirlər çərçivəsində namaz qaydalarında bəzi dəyişikliklər edilib.
Unikal.org xarici KİV-ə istinadən məlumatına görə, namaza çağırış olan azanın mətni dəyişilib. Belə ki, azanda istifadə olunan "hayya alas-salah" (namaza gəlin) ifadəsi, "al-salatu fi buyutikum" (namazı evinizdə qılın) ifadəsi ilə əvəz olunub.
Küveyt Vəqflər və İslam nazirliyi bunun islamda insanların həyatının hər şeydən önəmli olması zərurətindən irəli gəldiyini deyib.