Milli Məclisin Hüquq siyasəti və dövlət qurucluğu və Səhiyyə komitələrinin koronavirusla (Covid-19) bağlı birgə iclası keçirilir.

Unikal.org xəbər verir ki, iclasda koronavirus infeksiyası ilə mübarizə, yayılmasının qarşısının alınması ilə bağlı ölkədəki mövcud vəziyyət və görülmüş işlər dinlənilir, qanunvericilik tədbirləri müzakirə olunur.

TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı görülən işlər barədə məlumat verib. O bildirib ki, koronavirsla bağlı ölkədə bütün ehtiyat tədbirləri görülüb.