Son günlər dünyada yayılan Covid-19 virusu ilə mübarizə aparmaq məqsədilə əksər ölkələrdə təhlükəsizlik və karantin tədbirləri keçirilir, ölkələr xüsusi rejimə keçib. Artıq bir neçə gündür ki, Azərbaycanda da xüsusi rejim tətbiq olunub, bir sıra müəssisələr bəzi məhdudiyyətlər tətbiq edib.  

Unikal.org xəbər verir ki, bakteriya və mikrobların yayılmasının əsas “səbəbkar”larından biri məhz pul əsginaslarıdır. Əldən-əldə keçən pullar, bir sıra mikrobların daşıyıcıları hesab olunur. Hətta el arasında deyilən “pul əl çirkidir” deyimi də məhz buradan meydana çıxıb. 

Virusa tutulmamaq və zərərli mikroblardan qorunmaq üçün xüsusilə ödənişlər zamanı təmassız vasitələrdən istifadə etmək tövsiyə olunur. Buna misal olaraq Kapital Bank-ın təmassız texnologiyanı dəstəkləyən PayWave və PayPass kartlarını misal çəkmək olar. Bu kartlar vasitəsilə ödəniş edərkən pul əsginaslarından istifadəyə ehtiyac olmur. Ödəniş edərkən sadəcə olaraq kartı POS terminala yaxınlaşdırmaq kifayətdir. Elektron ödənişlərinin təhlükəsizliyini təmin etmək üçün isə 3D Secure sisteminə qoşulmaq zəruridir.

Daha bir müasir ödəniş növü qismində BirBank mobil tətbiqindəki NFC texnologiyasına əsaslanan daha rahat və sürətli təmassız ödəniş xidmətini qeyd etmək olar. İstifadəçilər alış-veriş zamanı və ya hər hansı bir xidmətdən istifadə edərkən ödənişi öz smartfonları vasitəsilə həyata keçirə bilərlər. Android istifadəçiləri Kapital Bank-ın BirBank mobil əlavəsi vasitəsilə NFC ödənişlər üçün hər hansı bir Kapital Bankın Visa kartını təyin edib, telefonu POS terminala yaxınlaşdırıb, ödəniş edə bilərlər.

Kapital Bank əhaliyə ehtiyatlı olmağı, filiallara gələrkən tətbiq olunan xüsusi qaydalara riayət etməyi, xüsusən də ödənişlər edərkən pul əsginasları ilə daha az təmasda olmağı tövsiyə edir. İnanırıq ki, tezliklə xüsusi rejim bitəcək, hamı əvvəlki həyata qayıdacaq, lakin təmassız ödənişlər vərdiş olaraq qalacaq və hər bir müştəri təmassız texnologiyalardan rahat istifadə edəcək. Özünüzü, yaxınlarınızı qoruyun və sağlamlığınızın qeydinə qalın. 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.