Yaxınları Xalq artisti Rafael Dadaşovla vidalaşmaq üçün onun evinə toplaşıb.
Unikal.org axşam.az-a istinadən xəbər verir ki, mərhum aktyorun yaxınları media nümayəndələrinin çəkiliş etməsinə maneçilik törədiblər. Bu isə Xalq artisti Brilliant Dadaşovanı özündən çıxarıb.
Müğənni ailə üzvlərinə irad bildirərək, jurnalistlərin çəkiliş etməsinə haqq qazandırıb:
"Elə bil bu evin sahibi, ailənin böyüyü yoxdur. Fındıq ailəsidir. Kim nə istəyir onu danışır. Kimin ağzı var danışır, hövsələm daralır. Hərə öz işini görür".