Azərbaycana yaz fəsli qədəm qoydu.

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Unikal.org-a verilən məlumata görə, yazın gəlişi martın 20-si Bakı vaxtı ilə saat 07:49:36-da baş verib.

Bu vaxtdan etibarən Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçir və şimal yarımkürəsində yaz fəsli başlanır, gecə-gündüz bərabərləşir. Yazın gəlişi martın 20-si səhər saatlarına təsadüf etdiyindən Novruz bayramı elə bu gün qeyd olunur.