Koronavirusa görə karantində olan gənclər onlara xidmət edən personalın, müxtəlif qurumların əməkdaşlarının əziyyətlərini qiymətləndirmək, onlara təşəkkür etmək üçün qapılarından belə ismarıclar asıblar.

Unikal.org TƏBİB-in facebook səhifəsinə istinadn xəbər verir ki, onlar xüsusi kombinezon, maska və eynək taxdıqlarına görə üzləri görünməyən insanları #görünməyənqəhrəmanlar adlandırırlar.

Biz də öz növbəmizdə, gecə-gündüz fədakarlıqla çalışan TƏBİB əməkdaşlarının və tibb personalının adından karantində olan həmvətənlərimizin Novruz bayramını təbrik edir, onlara möhkəm can sağlığı arzulayırıq!

Qeyd edək ki, koronavirus pandemiyasına görə İtaliya, Türkiyə və digər ölkələrdən təxliyyə olunan gənclər, xüsusən tələbələr karantində onlara xidmət edən dövlət qurumlarının əməkdaşlarına fərqli formada təşəkkür ediblər.