Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına karantin müddəti başa çatan tələbələrin rəqs görüntüləri yayımlanıb.
Unikal.org xəbər verir ki, koronavirus pandemiyasına görə İtaliya, Türkiyə və digər ölkələrdən təxliyyə olunan gənclər, xüsusən tələbələr Azərbaycanda xüsusi ayrılmış xəstəxanalarda karantinə götürülüblər.
Karantin müddəti başa çatan tələbələr onlara xidmət edən dövlət qurumlarının əməkdaşlarına, həkimlərə bu dəfə rəqs etməklə onlara təşəkkür ediblər.
Karantin müddəti başa çatan tələbələrin Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında çəkildiyi deyilən rəqs görüntülərini təqdim edirik: