Braziliyalı model Suzy Cortez pərəstişkarlarının əhval-ruhiyyəsini yüksək tutmağa çalışaraq sosial şəbəkədə  xeyriyyə kampaniyasına başlayıb. 

Unikal.org məlumat verir ki, Braziliyalı model “Barcelona” formasını satmaqla əldə etdiyi gəlirlə dezinfeksiyaedici maddələr, plastik əlcəklər, maskalar alacağını və ehtiyacı olanlara paylayacağını söyləyib. 

Belə ki, sosial şəbəkədə formaları satışa çıxaran model “Hər kəsin evdə qalmasını və yalnız lazım olduqda çölə çıxmasını istəyirəm. Koronavirusa qarşı bu mübarizədə qalib gələcəyik” deyərək, koronavirus epidemiyası səbəbiylə bu cür məhsulların çox baha olduğunu söyləyib.