ABŞ Prezidenti Donald Tramp bu gün yerli vaxtla axşam saatlarında (Bakı vaxtilə sabah erkən saatlarda) Vaşinqton küçələrində hüquq-mühafizə orqanları ilə birlikdə xidmət edəcək.

"Unikal" xəbər verir ki, radiomüsahibədə o, Polis Departamenti və Milli Qvardiya qoşunları ilə birlikdə paytaxtda patrul çəkəcəyini açıqlayıb.

Ağ Evin açıqlamasına əsasən, axşamkı xidmətin detalları üzərində hələ də işlənir.

Qeyd edək ki, Donald Tramp Vaşinqtonda cinayətkarlıqlara qarşı mübarizə məqsədilə Milli Qvardiya qoşunlarını paytaxta yeridib.