Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhan Qebreyesus yeni koronavirus epidemiyasına yoluxmamaq üçün insanları spirt, siqaretdən imtinaya və idmanla məşğul olmağa çağırdı.
Unikal.org RİA Novosti-yə istinadən xəbər verir ki, ÜST-ün baş direktorunun açıqlamasında deyilir: “İmmunitet sisteminizin düzgün işləməsinə kömək edən sağlam və faydalı qidalar yeyin, alkoqol qəbulunu məhdudlaşdırın, şəkərli içkilərdən çəkinin. Siqaret çəkməyin. Siqaretə aludə olsanız, yoluxacağınız ciddi xəstəliyin inkişaf riskini artıra bilərsiniz”.
Baş direktor əlavə edib ki, fiziki fəaliyyətə gündə ən azı 30 dəqiqə vaxt ayırmaq lazımdır:
“Evdən işləsəniz, uzun müddət eyni vəziyyətdə oturmamağa diqqət edin. Qalxın və hər 30 dəqiqədə 3 dəqiqəlik fasilə verin”.