Vergilər Nazirliyi koronavirus pandemiyası ilə bağlı əhalinin maarifləndirilməsi və məlumatlandırılması istiqamətində sosial məsuliyyət tədbirlərini davam etdirir.

Unikal.org xəbər verir ki, koronavirusla mübarizənin səmərəliliyinin artırılması, əhalinin təlaşa düşməməsi və sadə gigiyena qaydalarına riayət etməsinin təşviqi məqsədilə, nazirliyin Media və kommunikasiya idarəsi doğru davranış qaydalarından bəhs edən daha 3 yeni sosial çarx hazırlayıb. Bu sosial çarxlar “Yaşlıları koronavirusdan qoruyaq!”, “Tibbi maskalardan nə zaman və necə istifadə etməliyik?” və “Koronavirusdan qorunmaq üçün əllərimizi necə yumalıyıq?” mövzularına həsr edilib. 

KİV nümayəndələri və sosial şəbəkə istifadəçilərindən həmin çaxrları öz internet səhifələrində və sosial şəbəkə səhifələrində yerləşdirmələri xahiş olunur.

Təbliğat və təşviqat materiallarını yükləmək üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz:

Koronavirusdan necə qorunmalıyıq?

Koronavirusdan qorunmaq üçün ticarət obyektlərində necə davranmalıyıq?

Yaşlıları koronavirusdan qoruyaq!

Koronavirusdan qorunmaq üçün əllərimizi necə yumalıyıq?

Tibbi maskalardan nə zaman və necə istifadə etməliyik?