Fransada malyariyanın müalicəsində istifadə edilən dərman koronavirusun müalicəsi üçün uğurla sınaqdan keçirilib.
Unikal.org xəbər verir ki, bu barədə "International Journal of Antimicrobial Agents" jurnalı məlumat yayıb.
Hazırda COVID-19-un müalicəsi üçün xüsusi dərman mövcud deyil. Bununla belə, bütün dünyada yüzlərlə kliniki sınaqlarda başqa göstərişlər üçün nəzərdə tutulmuş dərmanların SARS-CoV-2-yə təsiri araşdırılır.
Tədqiqat əsasən iki qrup preparat ətrafında aparılır: remdesivira – ribonuklein turşusunun transkripsiyasının vaxtından əvvəl kəsilməsi vasitəsilə virusun replikasiyasını inhibə edən geniş antiviral aktivliyə malik olan venadaxili dərman vasitələri və antimalyariya preparatları.
Sınaqlar 6 pasiyent üzərində aparılıb. 6 gün sonra koronavirusa yoluxmuş pasiyentlərin analizləri neqativ çıxıb.
Alimlərin sözlərinə görə, test qrupunun kiçik olmasının və nəticələrin təsdiqlənməsi üçün daha irimiqyaslı sınaqlara gərək olduğuna baxmayaraq, bu nəticələr çox ümidvericidir.





.png)

.png)










.png)

























.jpg)





