2020-ci il martın 23-də AHİK sədri, millət vəkili Səttar Möhbalıyev Ümumdünya Səhiyyə Təşkilatının qlobal pandemiya elan etdiyi (COVİD-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərlə əlaqədar AHİK-in üzv və tabeliyində olan təşkilatların rəhbərləri ilə müşavirə keçirilib.
Unikal.org xəbər verir ki, müşavirədə AHİK-in sədri Səttar Möhbalıyev millət vəkili kimi aldığı 3 aylıq əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdiyini bildirib.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası adı çəkilən Fonda 250 min manat vəsait köçürüb.