Martın 20-22-də Novruz bayramı günlərində “Azərişıq” ASC-də 850-dən artıq elektron müraciət cavablandırılıb.

"Azərişıq" ASC-dən Unikal.org-a verilən məlumata görə, bu müraciətlərin hamısı öz həllini tapıb:

"“Azərişıq” rəhbərliyi başda olmaqla bütün əməkdaşlarımız gücləndirlmiş iş rejimində çalışır. Bayram günlərində olduğu kimi hazırda da ölkə ərazisində elektrik enerjisi təchizatının dayanıqlığı qaydasındadır.

Vətəndaşlarımıza müraciət edərək bildiririk ki, “Azərişıq” ASC-nin facebook, instagram sosial şəbəkələri yaxud, whatsapp (+994772176762) vasitəsi ilə sual, şikayət və təklifləri cavablandırılır”.