Türkiyədə koronavirusa yoluxanların sayı artaraq 1529-a çatıb.
Unikal.org xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca öz Tvitter hesabında məlumat verib.
O qeyd edib ki, son 24 saatda 3672 test aparılıb və bunlardan 293-ündə koronavorus aşkarlanıb. Belə ki, xəstəlik səbəbindən ölənlərin sayı da daha 7 nəfər artaraq ümumilikdə 37-yə çatıb. Nazir gənclərə evlərində qalmalarını və ehtiyac olmadıqca küçəyə çıxmamalarını tövsiyə edib