Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində xüsusi karantin rejimi tətbiq etməsi ilə əlaqədar metro stansiyalar arasında iki istiqamət üzrə M1 və M2 xüsusi ekspres avtobus xətləri təşkil edilib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Unikal.org-a bildirib ki, hər iki xətt üzrə avtobuslar bu gün səhər saat 06:00-dan sərnişinlərimizin xidmətindədir.

Sərnişinlərə tövsiyə edilir ki, metrodan istifadə minimuma endirilsin və yerüstü nəqliyyatdan istifadəyə üstünlük versinlər.

Bütün əhalidən evdə qalmağı, özünütəcrid şəraitinə riayət etməyi və qaydalara əməl etməyi xahiş edirik.