"Martın sonunadək, təqribən 1 həftəyə Azərbaycanda maska istehsal edən müəssisə işə başlayacaq".
Unikal.org xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O vurğulayıb ki, müəssisənin gündəlik maksimal istehsal gücü 200 min maskadır: "Son 1 ayda Azərbaycanda ən çox maska satılan gün 200- 210 min ədəd olub. Odur ki, gündəlik 200 min maska istehsalı tələbatı ödəyəcək. Paralel olaraq idxal və depolarda ehtiyatlar da var."