Abşeron rayon İcra Hakimiyyətinin kollektivi Prezident İlham Əliyevin təşəbbüsünə qoşulublar.
Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasi Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna dəstək göstərmək məqsədilə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və rayon İcra Hakimiyyəti başçısı Aparatının bütün əməkdaşları bir aylıq vəzifə maaşları miqdarında vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər.