Koronavirusa (Covid 19) yoluxma təhlükəsinin insanların toplu şəkildə bir yerdə cəmləşdiyi məkanlarda daha yüksək olmasını nəzərə alaraq pasientlərin və onların yaxınlarının bu virusa
mümkün yoluxmalarının qarşısının alınması məqsədilə "Baku Medical Plaza" klinikalar şəbəkəsinin hər üç filialında ciddi profilaktik tədbirlər həyata keçirilir.

Klinikadan Unikal.org-a verilən məlumatda bildirilir ki, bu təhlükəni tamamilə azaltmaq və səhhətinizi güvəndə tutmaq üçün klinikamızın filiallarında göstərilən tibbi xidmətlər üzrə bəzi zəruri dəyişikliklər edilib:

- hamilələri və yenidoğulmuşları digər xəstələrlə təmasdan qorumaq məqsədi ilə "Babək" filialını tamamilə doğum evinə çevirdik, ambulator xidmətlər də yalnız hamilələrə göstərilir;
- beynəlxalq protokollara uyğun olaraq zahıların bir-birindən təcrid prosedurları tətbiq edilib;
- bütün əməliyyatxanalar fərdi doğuş zallarına çevrilmiş, hamilə və zahılara sancı, doğum (qeysəriyyə), reanimasiya məqsədli tibbi prosedurlar özəl olaraq həyata keçirilir;
- stasionara hamilələr və tibbi personal xaric heç kimin daxil olmasına icazə verilmir;

- hamilələr əlavə pul ödənişi olmadan tək nəfərlik VİP şəraitli palatalarda yerləşdirilir;

- pasientlər həkim-infeksionistin mütləq nəzarətində saxlanılır;

- yenidoğulmuşların valideynlərinin sonradan həkim məsləhəti almaları üçün saat 09.00 -16.30 arası pulsuz "telemetriya" xidmətinə (kənardan həkimlə videogörüntülü əlaqə)
başlanılıb. 

Doğuş xaric bütün digər xidmətlər klinikanın "Mərkəz" və "Medilux" (pediatriya) filiallarında göstərilir.