Dünyada koronavirus (COVID-19) infeksiyasının əhatə dairəsinin və coğrafiyasının genişlənməsinin müşahidə olunduğu dövrdə Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ölkə başçısının diqqət mərkəzindədir.
Unikal.org xəbər verir ki, Qaradağ rayonunda COVİD-19 koronavirusa yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə 19 mart 2020-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətlərində Koronavirusla mübarizə qərargahı yaradılıb.
Bundan əlavə, Qaradağ rayonunda koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə ticarət, turizm, ictimai iaşə və s. sahələrdə xüsusi iş rejimləri tətbiq olunmuş və əhalinin sosial təcrid olunması üçün müvafiq addımlar atılıb.
Qaradağ rayonunda koronavirusa yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə 984 ədəd yaşayış binasında, bu binaların qarşısında olan 75000 kv.m, binalardakı ümumi istifadə yerlərində, 40 000 kv.m giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında, piyada keçidlərində, dükanların qarşısı, ümumi sahəsi 25000 kv.m olan parklarda, dayanacaqlarda və digər yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri aparılır. Həmçinin gündəlik olaraq məhəllələrdə oturacaqlar, idman qurğuları, söhbətgahlar, uşaq meydaçalarında, məişət tullantılarının atıldığı konteyner meydançalarında da dərmanlanma işləri aparılır. Ümumi sahəsi 250 000 kv.m olan küçə və prospektlər xüsusi olaraq dezinfeksiya məhlulları ilə gündəlik yuyulur.
Bundan əlavə yaşlı nəslin qorunması üçün tənha və aztəminatlı təqaüddə olan sakinlərə spirt və maskalar bütün qəsəbələrdə paylanılmışdır. Bütün sakinlərə maksimum dərəcədə evdən çölə çıxma saylarının minimuma endirilməsi, həmçinin hər bir vətəndaşın şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi barədə məlumatlar verilir.
Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə koronavirus (COVID-19) infeksiyasından qorunmaq üçün və sakinlərin evdə qalmaları üçün təbliğat xarakterli plakatlar hazırlanmış və rayonun bütün ictimai yerlərində, o cümlədən yaşayış binalarının giriş qəfəslərində, dayanacaqlarda, mağaza, dükan və iaşə obyektlərində, yaşayış massivlərində, küçə və digər yerlərdə asılıb.
.Rayonun qəsəbələrində dezinfeksiya işlərinə aparan 320 nəfərin hər biri lazımi püskürücü texnika, ləvazimatlar, xüsusi geyim formaları ilə təmin edilmişdir. Dezinfeksiya edən şəxslərə bu texnika və ləvazimatların istifadə şərtləri izah edilmiş, bildirilmişdir ki, bu şərtlərə ciddi əməl olunmalıdır. Ararılan dezinfeksiya işləri gündəlik nəzarətdə saxlanılır.