İnsan SARS-CoV-2 koronavirusu digər pirimatlara ötürə bilər.
Unikal.org xəbər verir ki, xəstəliyin yeni yayılma növünü mikrobioloq Arend de Haas müəyyən edib.
Mütəxəssis xatırladır ki, son 26 ildə dünyada yarasalarla yoluxan 6 infeksiya növü müşahidə edilib.
Müəllif qeyd edir ki, yarasalar və panqolinlər yeni növ koronavirusun - COVİD-19-un daşıyıcılarıdır.
Mikrobioloq yazır ki, parazitlər və viruslar yeni sahibə hücum edərək əvvəlcə ciddi xəstəliklərin yaranmasına səbəb olur, zaman keçdikcə isə parazit və yoluxmuş şəxs bir-birinə uyğunlaşır və təhlükə azalır.
"Müşahidələrə görə, insanlar və meymunlar arasında xəstəliyin ötürülməsi yüngül keçir. Meymunlar üzərində aparılmış tədqiqata görə, müəyyən edildi ki, sonuncular insan respirator viruslarına yoluxmağa daha həssasdılar" - müəllif qeyd edib.
Onun fikrincə, bu və digər primatlar, əsasən də oranqutanlar insandan SARS-CoV-2 virusuna yoluxa bilər.
Bu məqsədlə də ekspert insanlara heyvanların yaşadığı ərazilərə, milli parklara getməyin qadağan edilməsini məsləhət görür.
Mart ayında ABŞ-ın Luiziana Universiteti ürək-damar xəstəlikləri olan yaşlı insanlar üçün tövsiyə olunan angiotenzinçevirici fermentin inhibitorları və angiotenzin II-nin reseptor blokerlərinin qəbulu bu şəxslərdə SARS-CoV-2 koronavirusunun yoluxma ehtimalını artırdığını bildirmişdi.