“Bu günə qədər ölkədə 2018-19-cu illərdə bir ayda 500-600 min (orta hesabla bir gündə 200 minə yaxın) maska satıldığı halda, təsəvvür edin ki, hazırda 3 gündə bu qədər sayda maska satılır”.
Unikal.org xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov AzTV-nin "Hədəf" verilişində çıxışı zamanı deyib.
O bildirib ki, hazırda bir ay üçün 3,5 milyon ədəd maska satılır:
“Təbii ki, bu, bizim ölkəyə idxal olunurdu. Görünür, sahibkarlar bu günə qədər bu işə maraq göstərməyiblər. Çünki bu, biznes məsələsidir. Amma xarici ölkələrdə infeksiyalardan qorunmaq üçün istehsalçılar artıq 24 saatlıq iş rejiminə keçsələr də, yenə də tələbi ödəyə bilmirlər”.