Azərbaycanın Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.
Unikal.org Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Ramin Bağırov Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol-nəqliyyat hadisələri üzrə inspektoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, bir müddət əvvəl Ağstafa Rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsinin rəisi olmuş R.Bağırov işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilmiş və sərəncama götürülmüşdü.