Xüsusi karantin rejimin gücləndirilməsi işləri çərçivəsində metro stansiyaların fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar, Bakı Nəqliyyat Agentliyi (BNA) 5 əlavə xüsusi ekspres marşrut xətti təşkil edir.
Bu barədə Unikal.org-a Agentlikdən bildirilib.
Məlumatda deyilir ki, ilk növbədə məqsəd həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə (xüsusi xidmət sahələri, ərzaq mağazaları və s.) xüsusi xəstəxana və karantin məntəqələrində çalışan vətəndaşların daşınmasını təmin etməkdir.
Təşkil edilən marşrutlar xəstəxanalar və karantin obyektlərini, eyni zamanda digər zəruri əraziləri əlaqələndirəcək. Marşrutlar üzrə “BakuBus” MMC-nin istismarında olan avtobuslar cəlb ediləcək. M3, M4, M5, M6 və M7 ekspres xətti üzrə avtobuslar sabahdan xidmətə başlayacaq.
Ekspres xətt üzrə avtobuslar müəyyən edilmiş dayanacaqlarda dayanacaq və sərnişin təlabatına uyğun interval ilə xidmət göstərəcək.
Təşkil olunacaq ekspres xətləri
1. M3 Koroğlu m/st – 28 May m/st.
2. M4 20 Yanvar m/st – S.Vurğun bağı
3. M5 Koroğlu m/st – 20 Yanvar m/st
4. M6 Əhmədli m/st – S.Vurğun bağı
5. M7 İnşaatçılar m/st –N.Nərimanov m/st.
M3, M4, M5, M6 və M7 ekspres xətləri üzrə avtobuslar səhər saat 09:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Daha əvvəl təşkil olunan M1 və M2 ekspres xəttlərinin iş qrafiki isə (06:00-22:00) dəyişməz qalır.
Eyni zamanda, bildiririk ki, müntəzəm marşrut xətləri üzrə sərnişin avtobuslarının fəaliyyəti də adi rejimdə davam edəcək. Gündəlik xəttə çıxan avtobusların sayı sərnişin axınına uyğun olaraq tənzimlənəcəkdir.
Sərnişinlərdən zəruriyyət olmadığı təqdirdə evdən çıxmamağı tövsiyə edirik.