Bu gündən "Azərsu" Səhmdar Cəmiyyəti 13 600 əməkdaşdan 8 600-nü məzuniyyətə göndərir.
Bu barədə Unikal.org-a qurumun mətbuat katibi Anar Cəbrayıllı məlumat verib.
Onun sözlərinə görə, məqsəd koronavirua təhlükəsinin qarşısının alınmasıdır:
"Nazirlər Kabineti yanında operativ qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq, əməkdaşlarımızın sağlamlığı üçün belə bir addım atmışıq. 5 minə yaxın əməkdaşımız növbəli rejimdə çalışacaq ki, bunlar qəza xidmətinin əməkdaşları, nasosstansiyasının maşinistləri, emal müəssisələrinin işçiləridir".