"Hörmətli jurnalistlər! Vətəndaşların sosial müdafiəsi ilə bağlı atılacaq addımlar barədə çoxsaylı suallara cavab olaraq bildirim ki, cənab Prezidentin Sərəncamı ilə yaradılmış məşğulluq və sosial məsələlər üzrə işçi qrup tərəfindən təkliflər hazırlanıb".
Unikal.org xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazıl Talıbov deyib.
Onun sözlərinə görə, təkliflər aidiyyəti üzrə təqdim olunub: “Yaxın günlərdə bu barədə ətraflı məlumatlar veriləcək. Xahiş edirəm, hadisələri qabaqlayıb vətəndaşları çaşdıracaq məlumatlar paylaşmayın”.