Yoluxucu xəstəliklər daha çox öskürək, asqırma, danışıq və təmasla selik damcıları vasitəsilə ətrafa yayılır və sağlam insana hava ilə yoluxur. (http://www.atu-tck.edu.az/az/pages/27/36/news/201) Tarixdə böyük izlər buraxmış taun və vəba barəsində elm daha çox bilgiyə malik olub, artıq bunun qarşısını almaq gücündədir. Belə ki, taunun törədici mikrobunun orqanizmdən kənarda davamlılığı onlara xarici mühit amillərinin təsir xarakterindən asılıdır. Temperatur düşdükcə bakteriyaların yaşama müddəti artır. Qida məhsullarında, suda və məişət əşyalarında 3 aya qədər, qanda və bəlğəmdə 1 ay və daha çox qalır.
55 °C-də taun virusu 10-15 dəq. sonra 100 °C-də bir neçə saniyə sonra məhv olur. (https://xestelikler.blogspot.com/p/yoluxucu-xstliklrin-novlri.html) Vəba xəstəliyi isə daha qədim tarixə e.ə. 5-ci əsrə qədər gedib çıxan, vəba virusu təmiz olmayan ərzaqları yeməklə yaxud çirkli su içməklə, hətta çirkab suların axdığı çayın suyuna qarışarsa həmin sudan yuyulmuş ərzaqlarla yanaşı, çayda yaşayan balıqları yeməklə belə insanlarda yoluxma halları baş verib. (https://az.wikipedia.org/wiki/V%C9%99ba) Yolxucu xəstələrin yuyulması, kəfənlənməsi və dəfn zamanı da yoluxma halları qaçılmaz olduğundan məsələni gündəmə gətirmişdir.
Tarixən dünyasını dəyişən şəxslər evlərin yaxınlığında, arasında və ya içərisində dəfn edilirdi. Ortaçağ dövrlərində isə taun, vəba kimi xəstəliklərin yayılması nəticəsində meyitlərin insanların yaşadığı ərazilərdən kənarda dəfn edilməsi gündəmə gəlmişdir. Xəstəlik təhlükəsinin qarşısı alınması üçün bəzən cəsədlər yeraltı katakombalara yerləşdirilirdi. Nazirlər Kabinetinin “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın təsdiq edilməsi barədə 4 dekabr 2018-ci il 522 saylı qərarıdır. Qərarda deyilir ki, qəbiristanlıqlar üçün torpaq sahələri yaşayış məntəqələrinin ətrafındakı ərazilərdən ən azı 300 metrlik sanitariya mühafizə zonası nəzərdə tutulmaq şərti ilə ayrılır. Eyni zamanda bura şəhər, qəsəbə və kənd yaşayış məntəqələrində ayrılacaq torpaq sahələri ilə yaşayış və ictimai binalar, kənd təsərrüfatı təyinatlı və qida məhsullarının istehsalı müəssisələrinin obyektləri də daxildir. (http://e-qanun.az/framework/40898) Həmçinin ölən şəxslərin orqanizmində yoluxucu xəstəliklər - xüsusi təhlükəli bağırsaq bakteriyaları və ya yoluxucu xəstəliklər varsa, bu, həmin su hövzələri vasitəsilə asanlıqla yayılar. Bu yayılma daha çox şəxs əlində əlcək olmadan HİV, Hepatit B və Hepatit C, taun, vəba, və son aylarda dünyanı cənginə alan Koronavirus kimi xəstəliklərin daşıyıcısı olan meyitlə birbaşa təmasla ola bilər.
Virusdan ölən şəxsin qüsl, hənut, kəfən və dəfn məsələləri necə edilir?
Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı Samid Quliyev bildirib ki, ağır infeksiyalara yoluxmuş və bu səbəbdən dünyasını dəyişənlərin həkimlərin rəyinə cəsəd virusun yoluxmasına səbəb olmazsa, onların ənənəvi qayda ilə dəfn edilməsi vacibdir.
Bütün hallarda xəstəliyin yayılmamasının qarşısını almaq üçün lazım olan tədbirləri görmək və ehtiyat etmək şərti ilə ölənlərin qüsl, hənut, kəfən və dəfn məsələləri həyata keçirilməlidir.
Əgər müsəlman yuyulmuşsa (vəfat edənin yuyulması məsafəli olmalı) və kəfənlənmişsə onu tez bir zamanda daha az insanın iştırakı ilə dəfn etmək lazımdır.
Əgər epidemyanın yayılma riski varsa cənazə namazının daha az camaatla ən əsası namaza duranların arasındakı məsafəni saxlamaqla və sürətli şəkildə qılınması daha məqsədə uyğundur.
Şəriətmizə görə yoluxucu xəstəliklərin qarşısını almaq məqsədilə dövlət tərəfindən qabaqlayıcı tədbirlər çərçivəsində və həkimlərin rəyi əsasında buna maneə törədilsə qüsl etmək mümkün olmadıqda təyyəmüm edilməsi lazımdır. Əgər təyəmmümə də imkan olmasa və ya, meyyiti qüsl və ya qüsl əvəzi təyəmmüm etmədən dəfn edilməsi, meyyitə bükülmüş tibbi vasitələrin üzərindən kəfən etmək və tabutda dəfn edilməsi (bu şərtlə ki, tabutda qəbirdə qoyulduğu kimi sağ tərəfi üstə və üzü qibləyə yerləşdirilsin) icazəlidir. Allah-Təala dünyamızı ağla gələn və gəlməyən, sağalmayan xəstəliklərlə imtahan etməsin. Bu cür yolxucu xəstəliklər yayılan hallarda hər bir şəxs özünü qorumağı bacarmalı, insanların kütləvi toplaşdığı məkanlardan uzaq durmalıdır.
Bu barədə Peyğəmbərmizin (s) hədisi-şərifini xatırlamaq yerinə düşər: “Bir yerdə yolxucu xəstəlik (vəba) olduğunu eşitsəniz, oraya getməyin. Olduğunuz ərazidə də bu xəstəlik baş verərsə, o xəstəlikdən qaçmaq üçün o ərazidən çıxmayın" Qısa sözlə insan özü-özünü müalicə etməli, özünün həkimi olmalı, gigeynik qaydalara əməl etməlidir. Müsibətlər ağırlaşdıqca insanlar da Allaha duasını çoxaltmalıdır. Peyğəmbərimiz də (s) başına gələcək şeylərdən və bəlalardan qorxduğu zaman müəyyən duaları edərdi- “Allahın yaratdıqlarının şərindən (Onun) mükəmməl sözlərinə sığınıram”.
Bu cür bəlalardan Allaha sığınır, xalqımızı bəla və sağalmaz xəstəliklərdən hifz etməyini diləyirəm.Bizləri bu imtahandan üzüağ çıxartsın, İnşallah".