“Dövlət dili gözlənilməlidir. Mən yoruldum bu məsələni səsləndirməkdən”.
Unikal.org xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Tahir Kərimli deyib.
Deputat nəvəsinə “Doğrul” adını qoymaq istədini deyib: “Ancaq imkan vermədilər. Dedilər ki, “Toğrul” olsun. Milli Məclisdə dövlət dilinin normaları gözlənilir. Hesab edirəm ki, bütün sahələrdə də dövlət dilinin normaları qorunmalıdır”.